Ermənistanın bəzi sosial media hesablarında guya Xankəndi şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən “Qrad” yaylım atəşli reaktiv sistemindən atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır.
Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən bildirilib.
“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik” - məlumatda deyilir.