Qəzzada həlak olanların sayı 27 365 nəfərə çatıb. Bu barədə Manset.az "Report"-a istinadən xəbər verir.Qeyd edilir ki, hərbi əməliyyatlar zamanı daha 66 630 nəfər yaralanıb.Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və o cümlədən uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox sakinin girovun əsir götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən "Dəmir qılınclar" əməliyyatını başlayıb.