Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanı Avropa Şurası Parlament Assambleyasının tutduğu qərəzli mövqe fonunda müdafiə edən Mövlud Çavuşoğlu və Fəxrəddin Altuna təşəkkür edib.
Publika.az-ın məlumatına görə, H.Hacıyev X hesabında hər birinə ayrı-ayrılıqda müraciət edərək onların birmənalı mövqe tutduqlarını vurğulayıb.
Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya müraciət edən Hikmət Hacıyev yazıb:
"Dəyərli Mevlüt bəy PACE-də Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə”.