AZ

Rusiyada körpü uçdu ...

Kurskda körpü uçub.Rusiyanın Belarus və Ukrayna ilə sərhədi yaxınlığında, Bryansk vilayətində körpü qatar relslərinin üzərinə düşüb. Klimovdan Moskvaya gedən sərnişin qatarının relsdən çıxması nəticəsində azı 7 nəfər ölüb, 69 nəfər yaralanıb.

Rusiya Dəmir Yolları hadisə ilə bağlı “Telegram” kanalında ilk mesajında ​​körpünün “nəqliyyat əməliyyatına qanunsuz müdaxilə” nəticəsində dağıldığını bildirib. Lakin sonradan yazı silinib.

Rusiyanın “İnterfaks” xəbər saytının məlumatına görə, Bryansk qubernatoru körpünün çökməsinə partlayışın səbəb olduğunu açıqlayıb. Buna uyğun olaraq qubernator Aleksandr Boqomaz “388 sərnişini daşıyan Klimov-Moskva qatarı keçərkən körpü partladılıb”, – deyib.

Rusiya təhlükəsizlik və hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən tez-tez xəbərlər dərc edən Baza “Telegram” kanalı da körpünün “partlatıldığını” iddia edib. Lakin bu iddianı təsdiqləyən heç bir sübut təqdim edilməyib.

***

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz “Telegram”da 44 nəfərin xəstəxanaya aparıldığını açıqlayıb. Açıqlamaya görə, yaralananlar arasında 3 uşaq da var. Uşaqlardan birinin vəziyyəti ağırdır.

Boqomazın sözlərinə görə, Klimovodan Moskvaya gedən qatar Vıqoniçski rayonunda uçan körpü ilə toqquşub. Sözügedən ərazi Ukrayna sərhədindən təxminən 100 kilometr aralıdadır.

Rusiya Fövqəladə Hallar Nazirliyi də “Telegram”da açıqlama verərək, xilasetmə işlərinə 180 nəfərin cəlb edildiyini bildirib. Rusiya dövlət mediasının məlumatına görə, həyatını itirənlər arasında lokomotiv sürücüsü də var.

Sosial mediada paylaşılan görüntülərdə sərnişinlərin əzilmiş qatardan çıxmağa çalışdığı, yanğınsöndürənlərin isə sərnişinlərə çatmaqda çətinlik çəkdiyi görülüb.

***

Bundan başqa, Rusiyanın Kursk vilayətində körpünün uçması qatarın relsdən çıxmasına səbəb olub. Sözügedən hadisə Bryanskda azı 7 nəfərin öldüyü hadisədən saatlar sonra baş verib.

Bölgə qubernatoru Aleksandr Xinşteyn “Telegram”da açıqlama verərək, “Dünən gecə Jeleznoqorsk vilayətində yük lokomotivi keçərkən körpü uçdu. Qatarın bir hissəsi körpünün altından yola düşdü”, – deyib.

Seçilən
0
41
vaxt.az

10Mənbələr