Ucarda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yarımstansiyada yanğın olub.
“Qafqazinfo”nun məlumatına görə, yanğın hadisəsi rayonun Müsüslü kəndində yerləşən yarımstansiyada baş verib.
Belə ki, səhər saatlarında stansiyada yerləşən transformatorların birində qəfil və güclü yanğın baş verib və qısa zamanda genişlənib.
Nəticədə rayonun Müsüslü, Təzə Şilyan, Bərgüşad, Qaracallı, Pirkənd, Küçəkənd, habelə Göyçayın Alpout və Bəydövül kəndləri işıqsız qalıb.
Hadisə yerinə cəlb olunmuş Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvələri və texnikaları tərəfindən yanğının genişlənməsinin qarşısı alınıb və yanğın söndürülüb.
Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.
Mübariz Muradov
Video: Report