AZ

Ucardakı yanğın söndürüldü

Bu gün, 10:50

Bu gün səhər saatlarında Ucar rayonunun Müsüslü kəndində yerləşən 110/10 kilovoltluq dartı yarımstansiyasında yanğın baş verib. İlkin məlumata görə, yanğın 10 min kilovat gücündəki transformatorda başlayıb.
Reportyor.tv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə yerinə dərhal FHN-ni yanğınsöndürən briqadaları cəlb olunub. Yanğın qısa müddətdə nəzarət altına alınıb və söndürülüb. Nəticədə daha böyük fəsadların qarşısı alınıb.
Nəticədə yarımstansiyanın fəaliyyətində fasilə yaranıb. Bu səbəbdən Müsüslü də daxil olmaqla ətrafdakı beş kənd hazırda elektrik enerjisiz qalıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və elektrik enerjisinin bərpası istiqamətində təmir-bərpa işləri aparılır.
Hazırda yanğının dəqiq səbəbi və vurulan maddi ziyanın həcmi araşdırılır.
Publika.az

Seçilən
2
50
Reportyor.tv

10Mənbələr