21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) Belarus və Monteneqro yığmaları ilə oyunlar üçün yekun heyəti bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, U-21-in baş məşqçisi Ayxan Abbasov Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoxlama görüşləri üçün heyətdə 26 futbolçu saxlayıb.
Qeyd edək ki, millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. İyunun 8-də isə Azərbaycan millisi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro komandası ilə qarşılaşacaq.
- Rəvan Mirzəmmədov – Sabah
- Xəyal Fərzullayev – Sumqayıt
- Səlim Həşimov – Zirə
- Elgün Dünyamaliyev – Sabah
- Raul Məmmədov – Mingəçevir
- Nadir Orucov – Sumqayıt
- Amin Rzayev – Qarabağ
- İbrahim Ramazanov – Turan Tovuz
- Ayxan Süleymanlı – Sumqayıt
- Emin Rüstəmov – Səbail
- Sənan Muradlı – Sumqayıt
- Rüfət Abbasov – Şamaxı
- İbrahim Hacı – Qarabağ
- Dinamin Bağırov – Turan Tovuz
- Şahin İbrahimov – Sabah
- Murad Məmmədov – Neftçi
- Nihad Əhmədzadə – Sumqayıt
- Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
- Edqar Adilxanov – Şamaxı
- Emil Süleymanov – Şamaxı
- Oruc Məmmədov – Səbail
- Elcat Məmmədov – Baltika (Rusiya)
- Sadiq Baqiyev – SKA Xabarovsk (Rusiya)
- Sadiq Şəfiyev – Kəpəz
- Nihat Mehrəliyev – Qarabağ
- Ağadadaş Salyanski – Neftçi