AZ

Bakıdan Laçının Bəylik kəndinə yola salınan köç çatıb, mənzillərin açarları təqdim edilib - Yenilənib

Bakıdan Laçının Bəylik kəndinə yola salınan köç karvanı çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib...

Poliqon xəbər verir ki, bu mərhələdə Bəylik kəndinə 38 ailə - 153 nəfər köçürülüb.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla kəndə cəmi 89 ailə (363 nəfər) köçürülüb.

***

APA xəbər verir ki, bu mərhələdə kəndə 153 nəfərdən ibarət 38 ailə köçürülüb.

Köçürülən ailələri qarşılayan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri onları yeni evlərinə köçmələri münasibətilə təbrik ediblər. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

***

Bu gün Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıb.

APA xəbər verir ki, bu gün 38 ailə (153 nəfər) Bəylik kəndinə köçürülür.

Bakı şəhərindən – 1 ailə (2 nəfər), Ağcabədi rayonundan – 13 ailə (59 nəfər), Bərdə rayonundan – 13 ailə (45 nəfər), Sumqayıt şəhərindən – 4 ailə (18 nəfər), İsmayıllı rayonundan – 2 ailə (11 nəfər), Abşeron rayonundan – 2 ailə (7 nəfər), İmişli rayonundan – 2 ailə (6 nəfər), Beyləqan rayonundan – 1 ailə (5 nəfər) Bəylik kəndinə köçürülür.

Beləliklə, 31.05.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Laçın rayonunun Bəylik kəndinə cəmi 89 ailə (363 nəfər) köçürülmüşdür.

Bəylik kəndinə yola düşən keçmiş məcburi köçkün Həsənov Fərhad ailəsi ilə doğma kəndinə qayıtmağın verdiyi gözəl duyğulardan danışıb:

“Yoldaşımla, övladlarımla birgə qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, prezidentimizə can sağlığı versin. Biz ora yaşamaq üçün gedirik. İnşAllah 32 ildə qura bilmədiyimiz planları vətənimizdə həyata keçirərəik.”

Bir digər keçmiş məcburi köçkün Kamalov Nicat isə Bəylik kəndinə hələ ki, qonaq kimi getdiyini deyib.

“Hələ ki, qonaq kimi gedirəm. Qardaşımın ailəsinə ev verilib. İnşAllah bizə də verilər. Şükür bu günə ki, artıq 30 ildən çox idi gedə bilmədiyimiz yurdumuza gedə bilirik.”

Poliqon.info

Seçilən
3
50
poliqon.info

10Mənbələr