AZ

ABŞ-İran nüvə danışıqlarda irəliləyiş var

BAKI, 31 may. TELEQRAF

İran Atom Enerjisi Təşkilatının (AEOI) sədri Məhəmməd Eslami ölkəsinin ABŞ nümayəndələri ilə nüvə proqramı üzrə aparılan dolayısı danışıqlarda müəyyən irəliləyiş əldə etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi IRNA məlumat yayıb.

Onun sözlərinə görə, danışıqlarda real nəticələr əldə olunmasına baxmayaraq, Qərbin bəzi qeyri-realist tələbləri İran tərəfindən qəti şəkildə rədd edilib. O, xüsusilə Tehranın uranın zənginləşdirilməsindən imtina etməsi ilə bağlı tələbləri pisləyərək, bunu "İrana hökmranlıq etdirmək cəhdi" kimi qiymətləndirib.

Eslami bildirib ki, İran nüvə texnologiyasından yalnız dinc məqsədlərlə istifadə edir və beynəlxalq hüquq çərçivəsində hərəkət edir.

ABŞ Prezidenti Donald Tramp bunda öncə bəyan etmişdi ki, Vaşinqton İranla nüvə proqramı üzrə razılaşmaya yaxınlaşır.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr