AZ

Apreldə "Duty Free"də Dubay şokoladının satışı 8 milyon dollar təşkil edib

Dubayda rüsumsuz ticarət mağazası (Duty Free) aprel ayında məşhur Dubay şokoladını 7,84 milyon dollara satıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəbəkənin saytında məlumat verilib.

"Apreldə Dubay şokoladının satışları 7,84 milyon dollara çatıb ki, bu da gündə 274 min dollar deməkdir", - məlumatda qeyd olunub.

Ötən ay bütün məhsulların ümumi satış məbləği 195,4 milyon dollar təşkil edib.

Apreldə 14,97 milyon dollar xərcləyərək ən fəal alıcılar arasında ikinci yeri tutan rusiyalılar yalnız Hindistan vətəndaşlarından (19,76 milyon dollar) geri qalıblar. Növbəti pillələrdə Səudiyyə Ərəbistanı (14,03 milyon dollar), Çin (10,75 milyon dollar) və Böyük Britaniya (9,92 milyon dollar) vətəndaşları qərarlaşıb.

Alıcılar arasında ən çox ətriyyat, spirtli içkilər, tütün, qızıl və qənnadı məmulatları populyar olub.

Seçilən
0
5
report.az

10Mənbələr