AZ

Kürdə suyun səviyyəsi 23 sm, Arazda 37 sm artıb

Böyük Qafqaz ərazisindən axan Əyriçayda 3 sm, Qudiyalçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Surrada 3 sm, Kür-Bankədə 2 sm, Araz çayının yuxarı axınında isə 37 sm artım qeydə alınıb.

Bu barədə Avtomat hidroloji stansiyaların mayın 31-i saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 23 sm artıb, su sərfi 505 m3/san olmaqla normanın 73%-ni təşkil edir.
Seçilən
0
29
7news.az

10Mənbələr