AZ

Bu gün Azərbaycan kubokunun sahibi bəlli olacaq


Bu gün futbol üzrə Azərbaycan Kubokunda final oyunu keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, həlledici qarşılaşmada “Sabah” və “Qarabağ” komandaları üz-üzə gələcək.
Oyun saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Matçın baş hakimi İnqilab Məmmədov olacaq. Ona yan xətt hakimləri Namiq Hüseynov və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.
Bu oyunun nəticəsi həm də avrokuboklara sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək. Əgər kuboku “Qarabağ” qazansa, “Sabah” avrokuboklardan kənarda qalacaq.
Əvəzində Premyer Liqada mövsümü 4-cü pillədə başa vuran “Turan Tovuz” UEFA Konfrans Liqasında iştirak hüququ əldə edəcək. “Zirə” isə Avropa Liqasında oynayacaq.
Seçilən
0
8
yeniavaz.com

10Mənbələr