AZ

Azərbaycan və Dominikanın diplomatik universitetləri arasında əməkdaşlıq müzakirə edilib

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev Dominikan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik və Konsul Hazırlığı üzrə Ali Təhsil İnstitutunun (NESDYC) rektoru Xose Rafael Espayat ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə Azərbaycan diplomatik missiyasının mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunub ki, tərəflər iki ölkənin diplomatik universitetləri arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Səfir Ruslan Rzayev həmçinin, ikitərəfli xarici siyasət nazirinin müavini Fransisko Karaballo ilə də görüşüb. Görüş zamanı ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
32
525.az

8Mənbələr