"Şamaxı"da növbəti ayrılıq baş verib.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi braziliyalı hücumçu Maykl Tuik ilə müqaviləyə xitam verib.
Sözləşməmin şərtlərinə əsasən tərəflər arasında razılaşma klubun istəyinə görə uzadılmyıb.
Qeyd edək ki, "Şamaxı" daha əvvəl Vasiliye Bakiç, Brahim Konate, Vasiliye Radenoviç və Leroy Mikelslə yollarını ayırıb.