
Rusiya İstintaq Komitəsi Moskvada terror aktının qarşısını alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, müstəntiqlər terrorçuluğa ictimai bəraət qazandıran (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsi) iş üzrə müttəhimin evində axtarış aparmağa gəliblər:
“İstintaq hərəkətləri zamanı təqsirləndirilən şəxsin evindən mobil telefon tapılıb. Telefonun yoxlanılması zamanı istintaq Ukrayna xüsusi xidmət orqanlarının kuratoru ilə Moskvanın qərbindəki meşə parkından gizlədilən əşyanı götürmək tapşırığı ilə yazışmaları aşkar edib”.
“Dərhal paytaxtın İstintaq Komitəsinin müstəntiqləri əməliyyatçı hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə meşə parkında qeyd olunan yerə baxış keçirib, orada kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək götürülüb. Kuratorun göstərişi ilə təqsirləndirilən şəxs ondan insanların kütləvi toplaşdığı yerlərdə partlayış törətmək üçün istifadə etməyi planlaşdırıb”.