BAKI, TurkicWorld
Türkiyə 2025-cü ilin aprel ayında Özbəkistan dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29,9 faiz azalaraq, 467 min 25 dollara çatdırıb.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Özbəkistana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz azalaraq, 1 milyon 847 min 68 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azalaraq, 520 milyon 460 min dollara bərabər olub.
“Bu ilin aprel ayında Türkiyə 102 milyon 962 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 2,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 1 milyard 514 milyon 439 min dollar məbləğində dəri ixrac edib.