Bakı.Trend:
Qlobal informasiya mühitinin media trendlərinin formalaşmasınatəsirindən danışarkən artıq ənənə halını almış Şuşa Qlobal Mediaforumları barədə bəhs etməmək mümkün deyil. Aparıcı mediamenecerləri, ekspert və jurnalistlər dünya mediasının müasirtrendlərini son illər məhz Şuşa şəhərində keçirilən Qlobal Mediaforumları çərçivəsində müzakirə edir, fikir mübadiləsiaparırlar.
TrendAzərtac-a istinadən xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən"Qlobal informasiya mühiti və media trendləri" konfransı -"Mediafest-2025"də çıxışı zamanı Azərbaycan Respublikası Medianınİnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O qeyd edib ki, Qlobal Media forumlarında AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin şəxsən iştirak etməsi,media nümayəndələrinin çoxsaylı suallarını cavablandırmasıdövlətimizin haqq səsinin dünyaya çatdırılması baxımından əlamətdarhadisə olmaqla yanaşı, eyni zamanda, başlıca vəzifəsi cəmiyyətiobyektiv və qərəzsiz informasiya ilə təmin etmək olan mediayadiqqət və qayğının müstəsna təzahürüdür.
"Düşünürük ki, bu gün Naxçıvan şəhərində işinə başlayan konfransAzərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacaq. Panelmüzakirələrdə iştirak edəcək media menecerlərinə, ekspertlərə vəbütün iştirakçılara uğurlar arzulayırıq", - deyə Əhməd İsmayılovəlavə edib.