“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi “Qəbələ”dən Emil Süleymanovu icarə əsasında heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçi növbəti mövsümü "Şamaxı"da keçirəcək.
"Şamaxı" daha əvvəl Vasili Bakiç, Brahim Konate, Vasili Radenoviç və Leroy Mikelslə yollarını ayırıb.