AZ

Moskva-Qəbələ reysi açılır

İyulun 2-dən Rusiyanın “İrAero” aviaşirkəti Moskva-Qəbələ-Moskva marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq

Aviadaşıyıcının məlumatına görə, uçuşlar həftədə bir dəfə - çərşənbə günləri SSJ-100 təyyarələri ilə həyata keçiriləcək.

Moskvanın Domodedovo hava limanından Qəbələyə eniş nəzərdə tutulub. Qəbələdən geri dönüş reysi həmin yerinə yetiriləcək.

Uçuşlar sentyabrın 10-u daxil olmaqla həyata keçiriləcək.

Qeyd edək ki, iyunun 19-dan Macarıstanın “Wizz Air” aviaşirkəti də Əbu Dabidən Qəbələyə uçuşlar həyata keçirməyə başlayacaq.

©Modern.az

Seçilən
0
4
valyuta.az

10Mənbələr