AZ

Paşinyan erməni keşişləri SÖYDÜ - QALMAQAL

Ermənistan hökumətinin dünənki iclasında Baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsi barədə tənqidi fikirlər səsləndirməsi ciddi qalmaqala səbəb olub.

Bakıvaxtı.az
xəbər verir ki, Modern.az-ın məlumatına görə, Paşinyan kilsələrin “tüstü bacası”na çevrildiyini bəyan edərək, keşişləri dini ibadət yerlərini murdarlamaqda suçlayıb.

Baş nazirin erməni din xadimlərini “çulan” adlandırması, onları əyyaşlıqda, ruhani ədəb-ərkanlkarını tapdalamaqda günahlandırması qarşı tərəfi daha da hiddətləndirib.

Tanınmış erməni din xadimləri ard-arda mətbauata verdikləri açıqlamalarla Paşinyanı susmağa çağırıb, onun ailəsini hədəf alıblar. Din xadimləri baş naziri təhqir etməkdən belə çəkinməyiblər.

Nikol Paşinyan isə sakitləşməyərək bu gün özünün sosial şəbəkə hesabında ard-arda üç paylaşımla erməni keşişlərini küçə söyüşlərilə söyüb.

“Facebook” istifadəçiləri ölkənin Baş nazirinin bu cür dildən necə istifadə etdiyinə təəccüblənib, bəziləri hətta onun səhifəsinin sındırıldığını düşünüblər.

Seçilən
0
3
bakivaxti.az

10Mənbələr