19:30
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin oyunları başlayıb.
İlk qarşılaşmada Macarıstan və Mavritaniya milliləri üz-üzə gəliblər.
Milli Gimnastika Arenasında təşkil olunan matçda Macarıstan yığması 1:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Macarıstan finalda Bosniya və Herseqovina - Serbiya cütünün qalibi ilə qarşılaşacaq.