İsrail ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun anklavda atəşkəs və girovların azad edilməsi ilə bağlı yeni planını qəbul edir.
Xalqcebhesi.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların ailələri ilə görüşdə bildirib ki, yəhudi
"İsrail yeni Uitkoff planını qəbul edir", - deyə o bildirib.
Qeyd edək ki, Qəzza zolağında nizamlanmaya dair yeni təklifi anklavda dərhal 60 günlük atəşkəs və ilk həftə ərzində iki mərhələdə 10 girovun azad edilməsini nəzərdə tutur.
Həmçinin, HƏMAS atəşkəsin ilk 7 günü ərzində 18 ölü girovun cəsədini İsrailə təhvil verməlidir. Bunun müqabilində İsrail fələstinli məhbusları əvvəllər təsdiq edilmiş siyahılara əsasən azad edəcək.