Bakı.Trend:
Mayın 29-da doğma yurduna yola salınan köç karvanı Laçınrayonunun Bəylik kəndinə çatıb. Bu mərhələdə köçürülən 163 nəfərdən ibarət 41ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdimedilib.
Trend xəbərverir ki, mərasimdə Laçın rayonunda Azərbaycan RespublikasıPrezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və MəcburiKöçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirakediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43mindən çox insan yaşayır.