AZ

II Liqada son yer bu gün hansı komandanın olacaq? - Bayıldan CANLI YAYIM

Bu gün II Liqaya vəsiqə uğrunda pley-off qarşılaşması keçiriləcək.

Sportinfo.az xəbər verir ki, 2-ci liqada 13-cü pilləni tutan "Lerik" Region Liqasının finalçısı "Şirvan"la qarşılaşacaq.

"ASCO Arena"da keçiriləcək bu matçda qalib gələcək komanda növbəti mövsüm 2-ci liqada mübarizə aparacaq.

Məğlub olan komanda isə Region Liqasında iştirak edəcək.

Saat 16:00-da başlayacaq oyunu FİFA referisi Əliyar Ağayev idarə edəcək.

“Lerik” – “Şirvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldar Məmmədov
“ASCO Arena”, 16:00

Seçilən
0
3
sportinfo.az

10Mənbələr