AZ

İsveç HDQ-nin korvetləri “Sea Ceptor” HHM sistemləri ilə təchiz olunacaq

“Saab” şirkəti İsveç Hərbi Dəniz Qüvvələrinin (HDQ) beş ədəd “Visby” sinifli korvetini MBDA şikrkətinin “Sea Ceptor” hava hücumundan müdafiə (HHM) sistemi ilə təchiz edəcək.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bunun üçün şirkət və İsveçin Müdafiə Avadanlıqları İdarəsi (FMV) arasında 1.6 milyard SEK (166 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

Bildirilib ki, sözügedən təkmilləşdirmə İsveçin və NATO-nun hava hücumundan müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. “Saab” müqavilə üzrə işlərin həyata keçirilməsinə 2026-ci ilin əvvəlindən başlayacaq.

Bu sifariş İsveç FMV-nin beş ədəd “Visby” sinifli korveti qorumaq və modernləşdirmək üzrə uzunmüddətli planının bir hissəsidir. Yeni HHM sistemi gəmidəki mövcud silah sistemləri ilə müqayisədə xeyli geniş ərazinin qorunmasına və hava hədəflərinin daha uzaq məsafədən vurulmasına imkan verir.

Qeyd edək ki, İsveçin Müdafiə Avadanlıqları İdarəsi daha əvvəl MBDA şirkətinə “Sea Ceptor” hava hücumundan müdafiə sisteminin tədarükü üçün sifariş verib. FMV-nin “Saab”la imzaladığı son müqavilə isə bu HHM sistemlərinin korvetlərə quraşdırılmasını nəzərdə tutur.

Seçilən
0
2
poliqon.az

10Mənbələr