Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Mayın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 5 tüfəng, 5 patron darağı və 99 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bakıda da silah-sursat aşkarlanıb. Növbəti profilaktik tədbir nəticəsində iki nəfər könüllü olaraq 2 avtomat silahı və 59 ədəd patronu polisə təhvil verib.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ