Cənubi Koreyada prezident seçkiləri üçün erkən səsvermə başlayıb...
Poliqon bu barədə Yonhap nəşrinə istinadən xəbər verir.
Səsvermə yerli vaxtla saat 06:00-dan 18:00-dək keçiriləcək. Əsas səsvermə günü iyunun 3-nə təyin edilib. Xaricdəki seçki məntəqələrində erkən səsvermə mayın 20-dən 25-dək keçirilib.
Seçkilərdə ən populyar namizədlər Li Jae-myung, Kim Mun-Soo və Li Joon-Sukdur. Onların hamısı mayın 29-da səs vermək niyyətindədir. Seçkilərdə ümumilikdə 7 namizəd iştirak edir.
Cənubi Koreyada prezident seçkiləri üçün seçki kampaniyası mayın 12-də başlayıb.
Poliqon.info