AZ

Azərbaycanın ət idxalı AZALDI

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 16 min 662 ton ət idxal edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bu həcmdə ətin ümumi dəyəri 34 milyon 13 min ABŞ dolları təşkil edib.
 

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət idxalı həm kəmiyyət, həm də dəyər baxımından azalıb. Belə ki, həcm üzrə idxalda 76 ton (0,4 %), dəyər baxımından isə 2 milyon 490 min dollar (6,8 %) azalma qeydə alınıb.


Hesabat dövründə ət idxalına çəkilən xərclər ölkənin ümumi idxal xərcinin 0,4 %-ni təşkil edib.

Bizim.Media

Seçilən
0
12
bizim.media

10Mənbələr