AZ

Neftçalada iki qardaşın evdə dolğu vurmağı birinin həyatına son qoydu - TƏFƏRRÜAT

Neftçalada baş verən dəhşətli yanğının təfərrüatları məlum olub. 

Yenisabah.az xəbər veriri ki, "Unikal"ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində rayonun Xolqaraqaşlı kəndində baş verib.

Belə ki, usta olan qardaşlar - 2001-ci il təvəllüdlü Bayram Əzizov və 1995-ci il təvəllüdlü Babək Əzizov evin döşəməsinə dolğu vuran zaman onlardan biri siqaret çəkmək üçün alışqanı yandırıb. Bu zaman evdə partlayış baş verib. Partlayış nəticəsində Bayram Əzizov hadisə yerində ölüb, Babək Əzizov isə yanıq xəsarətləri alıb. O, xəstəxanaya çatdırılıb. 

Məlumata görə, qardaşların ataları onlar uşaq olan vaxt vəfat edib. Ölən qardaş subay, yaralı qardaş isə evlidir və iki övladı var. 

Faktla bağlı araşdırma aparılır. 

 

  • Neftçalada iki qardaşın evdə dolğu vurmağı birinin həyatına son qoydu - TƏFƏRRÜAT (FOTOLAR)
  • Neftçalada iki qardaşın evdə dolğu vurmağı birinin həyatına son qoydu - TƏFƏRRÜAT (FOTOLAR)
  • Neftçalada iki qardaşın evdə dolğu vurmağı birinin həyatına son qoydu - TƏFƏRRÜAT (FOTOLAR)

Telegram kanalımız
Seçilən
0
2
yenisabah.az

3Mənbələr