Amerikalı sahibkar və Hökumət İdarəçiliyinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ölkə prezidenti Donald Trampı tənqid edib.
Bizim.Media xəbər verir ki, CBS News-a müsahibəsində ABŞ prezidenti Donald Trampın dövlət xərclərini azaltmaq haqqında qanun layihəsindən məyus olduğunu bildirib.
"Açıq desək, büdcə kəsirini azaltmaq əvəzinə artıran və DOGE komandasının gördüyü işlərə xələl gətirən qanun layihəsini görmək məni məyus etdi".
O xatırladıb ki, Tramp sənədi “tək, böyük, gözəl qanun layihəsi” adlandırır. Təşəbbüs bir sıra sənaye sahələrində vergilərin azaldılmasını və dövlət xərclərini nəzərdə tutur, lakin müdafiə sektorunda, məsələn, Golden Dome (Qızıl Qübbə) raketdən müdafiə sisteminin yaradılması üçün xərclərin artırılmasını nəzərdə tutmur.
Bundan əvvəlki çıxışında isə Mask ölkədə bürokratiya ilə bağlı vəziyyətin onun düşündüyündən də pis olduğunu bildirmişdi.
Bizim.Media