AZ

Yamal daha 6 il “Barsa”da - Rəsmi

Lamine Yamal və “Barselona” altı illik yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, 17 yaşlı cinah hücumçu ilə “Barselona” arasında yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.

Yamal bu gün klubun ofisində sənədləri “Barselona”nın prezidenti Joan Laporta, birinci vitse-prezident Rafa Yuste və idman direktoru Dekonun iştirakı ilə imzalayıb.

Lamin 2023-cü ildə Kataloniya klubunun əsas komandasında debüt edib. O vaxtdan bəri “Barselona”nın heyətində 106 oyuna çıxan futbolçu 25 qol vurub, 34 qol ötürməsi (assist) edib

Gənc futbolçu artıq komandanın əsas oyunçularından biri sayılır.

Türkiyə millisində ayrılıq - Baş məşqçi postunu tərk etdi

"Bavariya" "Bayer"in futbolçusunu transfer etməyə yaxındır

"Atletiko Madrid" yeni qapıçı tapıb

"Brügge"nin futbolçusu "Siti"nin hədəfində

AFFA "Sabah", "Neftçi" və "Turan Tovuz"u cərimələyib

Seçilən
0
2
apasport.az

10Mənbələr