AZ

Çoxmərtəbəli binanı QAYNAR SU BASDI

Moskvanın şimalında çoxmərtəbəli binada içərisində qaynar su olan boru partlayıb, nəticədə mənzillər su altında qalıb.

Publika.az xəbər verir ki, bu barədə “Ehtiyatlı ol, Moskva” "Telegram" kanalı məlumat yayıb.

Hadisə Xovrino rayonu, Dıbenko küçəsində baş verib. Qeyd olunun ki, boruların partlaması nəticəsində yaranan müntəzəm qəzalar səbəbindən ev sakinləri 6 aydır əziyyət çəkirlər. Sakinlər mənzilləri qaynar su basması ilə bağlı şikayətlər yazsalar da, heç kim problemi aradan qaldırmağa tələsmir.

“Mənzil idarəsi ilkin olaraq xəta ilə çəkilmiş borularda məhəllədaxili təmir işləri aparır. İsti su qaldırıcısında soyuq su boruları quraşdırılıb”, - məlumatda deyilir.

İdarəetmə şirkəti cavab veribki, əsaslı təmir çərçivəsində boruların tam dəyişdirilməsi 2039-cu ildə həyata keçiriləcək. Sakinlər artıq su basmaqdan bezdikləri üçün boruları öz hesablarına dəyişmək istəyirlər.

Seçilən
0
50
publika.az

10Mənbələr