Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Babək prospekti, mərkəz istiqamətində;
2. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
4. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
6. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
7. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. "20 Yanvar" dairəsində;
10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
11. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
13. Ak. Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;
14. Ak. Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;
15. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
16. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
17. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
18. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
19. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində sıxlıq müşahidə olunur.