AZ

Ötən il bir sıra qeyri-neft sektorları üzrə ümumi daxili məhsulda artım müşahidə edilibVIDEO

"Ötən il bir sıra qeyri-neft sektorları üzrə ümumi daxili məhsulda artım müşahidə edilmiş, illik proqnoz göstəriciləri çərçivəsində icra səviyyəsi təmin olunmuş, büdcə əməliyyatları praktik olaraq balanslaşdırılmış, milli valyutanın sabitliyi qorunmuş və valyuta bazarında beynəlxalq standartlara uyğun olaraq xarici ticarət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır".

Xezerxeber.az xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair qanun layihəsinin müzakirəsi zamanı çıxışında səsləndirib. Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycan Respublikasında ümumi daxili məhsul (ÜDM) real ifadədə 4,1% artaraq, 121,3 milyard manatlıq proqnoza qarşı 126,3 milyard manat təşkil etmişdir. Hər nəfərə düşən ÜDM 3,6% artaraq 12,4 min manata çatmışdır.

Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Seçilən
0
1
xezerxeber.az

2Mənbələr