AZ

Sayt rəhbəri hakim qarşısına çıxarıldı

Meclis.info saytının rəhbəri İmran Əliyev və Elgiz Qəhrəmanın cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

İmran Əliyevin vəkili müvəkkili barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və zalda əyləşməsi ilə bağlı vəsatətlə çıxış edib.

Ev dustaqlığı ilə bağlı vəsatət təmin edilməsə də, digər vəsatət təmin edilib.

Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.

Növbəti proses iyunun 10-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən İmran Əliyev 2024-cü il aprelin 19-da həbs edilib. Elgiz Qəhrəman isə sonradan sözügedən cinayət işi üzrə ittiham olunaraq təqsirləndirilən şəxs kimi barəsində polis nəzarəti altında olmaqla qətimkan tədbiri seçilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin səkkiz maddəsi ilə - 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham olunur.

Seçilən
0
2
avtosfer.az

10Mənbələr