14:22
Ağdam rayonunun Kəngərli kəndinə yola salınan köç çatıb.
Bu mərhələdə Kəngərli kəndinə daha 48 ailə – 206 nəfər köçürülüb.
***
07:58
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə 48 ailə – 206 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın – 2090 nəfər (570 ailə)Zabux (Laçın rayonu) – 823 nəfər (217 ailə)
Sus (Laçın rayonu) – 215 nəfər (59 ailə)
Füzuli – 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) – 871 nəfər (175 ailə)
Suqovuşan (Ağdərə) – 591 nəfər (180 ailə)
Talış (Ağdərə rayonu) – 90 nəfər (20 ailə)
Həsənriz (Ağdərə rayonu) – 306 nəfər (90 ailə)
Şuşa – 1396 nəfər (371 ailə)
Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
Ballıca (Xocalı rayonu) – 830 nəfər (178 ailə)
Cəbrayıl — 2303 nəfər (512 ailə)
Sarıcalı (Ağdam rayonu) – 767 nəfər (184 ailə)
Kəngərli (Ağdam) – 645 nəfər (147 ailə) Cəmi: 14 410 nəfər
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.