AZ

Yaponiya hökuməti Harvarddan çıxarılan xarici tələbələri qəbul etməyə çağırdı- ÖZƏL

Yaponiya hökuməti yerli universitetləri ABŞ Prezidenti Donald Tramp administrasiyasının qərarı ilə Harvard Universitetindən çıxarılmağa məcbur edilən xarici tələbələri müvəqqəti qəbul etmə imkanını nəzərdən keçirməyə çağırıb. Olaylar.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiyalar naziri Toşiko Abenin sözlərinə istinadən məlumat yayıb.
"İstedadlı gənclərin təhsil ala bilməsini təmin etmək üçün müvafiq qurumlarla əməkdaşlıq etməyə və səylər göstərməyə hazırıq," - deyə nazir bildirib.
Məlumata görə, artıq Tokio Universiteti bu məsələnin mümkünlüyünü araşdırmağa başlayıb.
Hazırda Harvard Universitetində 110 yaponiyalı tələbə təhsil alır, əlavə olaraq 150-yə yaxın yaponiyalı tədqiqatçı universitetlə əməkdaşlıq edir.
Qeyd edək ki, bu qərar ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem tərəfindən elan edilib. Onun sözlərinə görə, Harvard Universiteti kampus daxilində zorakılığı və antisemitizmi təşviq etdiyi, həmçinin Çin Kommunist Partiyası ilə əlaqədə olduğu iddialarına görə xarici tələbə qəbul etmək hüququndan məhrum edilib. Nəticədə, hazırda universitetdə təhsil alan əcnəbi tələbələrin digər təhsil ocaqlarına köçməsi tələb olunur.
Bu qərara etiraz olaraq Harvard Universiteti Boston federal məhkəməsinə iddia qaldırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
10
olaylar.az

10Mənbələr