AZ

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün fyuçers qiymətlərində azalma müşahidə olunub.

Finss.az-ın birja məlumatlarına istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə avqust fyuçerslərinin qiyməti 1% azalaraq 3 360,4 ABŞ dolları təşkil edib.

Gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti isə 0,56% azalaraq 33,42 ABŞ dollarına düşüb.

Seçilən
0
49
fins.az

10Mənbələr