AZ

ATMU-da təlim keçirildi - FOTO

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil ocağının struktur bölmə rəhbərlərinin, inzibati və akademik heyətinin iştirakı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinə ümumi baxış və ali təhsildə tətbiqi” mövzusunda maarifləndirici təlim keçirilib.

"Unikal" xəbər verir ki, təlim universitetin Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi və Dayanıqlı İnkişaf üzrə koordinatoru İranə Axundovanın təqdimatında baş tutub. Tədbir zamanı iştirakçılara Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) haqqında ümumi məlumat verilib, bu məqsədlərin ali təhsil sahəsində tətbiq imkanları və ATMU-nun strateji fəaliyyət planları ilə inteqrasiyası müzakirə olunub.

Qeyd edilib ki, ATMU-nun 2022–2026-cı illəri əhatə edən İnkişaf Strategiyasında dayanıqlı inkişaf dəyərlərinin təşviqi, ekoloji məsuliyyətin artırılması və sosial inklüzivliyin gücləndirilməsi əsas prioritetlərdəndir. Bu istiqamətdə 2025-ci il üzrə fəaliyyət planına uyğun olaraq, universitet icmasının -akademik və inzibati heyətlə yanaşı tələbələrin də - DİM-lərlə bağlı bilik və bacarıqlarının artırılması üçün ardıcıl maarifləndirmə tədbirləri nəzərdə tutulur.

Təlim çərçivəsində iştirakçılarla ATMU-da davamlı inkişaf yanaşmasının gücləndirilməsi, DİM-lərin gündəlik fəaliyyətlərə inteqrasiyası və bu sahədə beynəlxalq təcrübəyə uyğun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Gələcəkdə də bu mövzuda əlavə təlim və praktiki yönümlü tədbirlərin təşkili planlaşdırılır.

ATMU ali təhsildə dayanıqlı inkişaf dəyərlərinin gücləndirilməsinə töhfə verməyə sadiqdir.

 

Seçilən
0
49
unikal.az

10Mənbələr