Filadelfiyada atışma nəticəsində iki nəfər ölüb, doqquz nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Hadisə ötən gün yerli vaxtla saat 22:30 radələrində Fairmont Mərkəzi Parkında baş verib.
Polisin məlumatına görə, atışma nəticəsində bir kişi və bir qadın həlak olub, yaralananlar arasında 15-17 yaşlı üç yeniyetmə də var. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
Parkda atışma müxtəlif münaqişələrdə həlak olmuş amerikalı hərbçilərin xatirəsini anma günündə baş verib.