Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Ajans.az xəbər verir ki, 70 yaşlı fotoqraf mayın 25-i dünyasını dəyişib. B. Quliyev uzun illər Mədəniyyət Nazirliyi sistemində fotoqraf, videooperator, nazirliyin Elmi-Metodik Mərkəzinin nəzdində video-foto studiyasının rəhbəri vəzifələrində işləyib. "Azərbaycanfilm" kinostudiyasında fəaliyyət göstərib. 90-cı illərdə Müdafiə Nazirliyində fotoreportyor, hərbi operator kimi çalışıb, cəbhə bölgələrində çoxsaylı çəkilişlər edib. Qarabağ müharibəsi veteranıdır. 2019-cu ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.