AZ

“Albaniyada Əliyevlə Paşinyanın görüşü konstruktiv keçib”

“Albaniyada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında görüş konstruktiv olub”.

Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

“Bizim qiymətləndirməmizə əsasən, görüş kifayət qədər konstruktiv keçib və iki ölkənin liderləri sülh müqaviləsinin imzalanmasına dair danışıqları davam etdirməyə hazır olduqlarını qeyd ediblər”, - deyə Kostanyan qeyd edib.

Məlumata görə, İrəvanda hesab edirlər ki, yaxın gələcəkdə Azərbaycanla danışıqları davam etdirmək imkanı olacaq.

Mayın 16-da Albaniyanın paytaxtı Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış mərasimində İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olub.

Seçilən
0
1
sportinfo.az

10Mənbələr