AZ

Mingəçevirdə istifadəsiz bağça yandı

Mingəçevirdə istifadəsiz uşaq bağçasında yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Puşkin küçəsində müvəqqəti olaraq istifadəsiz qalan 8 saylı körpələr evi-uşaq bağçasının binasında baş verib.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadası alovu söndürüb.Əldə edilən ilkin məlumata görə, hadisə istifadəsiz və nəzarətsiz qalan binada özbaşına məskunlaşan alkoqol istifadəçiləri tərəfindən törədilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Seçilən
0
16
unikal.az

10Mənbələr