AZ

Ötən həftə 350 yanğın olub - FHN

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 350 yanğına çıxış olub.

Hafta.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, 31 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 16-sı azyaşlı olmaqla 39 nəfər xilas edilib, 9 nəfər təxliyə olunub, 9 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Seçilən
0
49
hafta.az

10Mənbələr