AZ

Professor İsmayıl Tosun BANM-də olub

Orta Doğu Texniki Universitetinin təqaüddə olan professoru, Türkiyə Ali Təhsil Şurasının sabiq sədr müavini professor İsmayıl Tosun Bakı Ali Neft Məktəbində (BANM) qonaq olub.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, o, Kimya mühəndisliyi kafedrasının müdiri Rima Quliyeva ilə görüş keçirib. Ona BANM-in fəaliyyəti və tədris prosesi ilə bağlı ətraflı məlumat verilib.

Qonaq ali məktəbin kampus ərazisində olub, müxtəlif laboratoriyaları gəzərək onların avadanlıqları və iş prinsipi ilə yaxından tanış olub.

Seçilən
0
50
tehsil.biz

10Mənbələr