AZ

Ağdamda ev yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Sarıçoban kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 18kv.m. olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb və içərisində olan ev quşları tələf olub.

Bitişik ev yanğından mühafizə olunub.

Seçilən
0
50
unikal.az

10Mənbələr