AZ

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

Ötən həftə “Moody's”-in ABŞ-ın reytinqini aşağısalması, həmçinin, ABŞ-da büdcə kəsrinin rekord səviyyədə artmasıxəbərləri fonunda beynəlxalq birjalarda dollar major valyutalarqarşısında kəskin şəkildə ucuzlaşdı. EURUSD məzənnəsi 1.13750,GBPUSD məzənnəsi 1.35390 hədlərinə kimi bahalaşdı. USDCHF cütlüyü0.82050, USDJPY cütlüyü isə 142.410 hədlərinə kimi ucuzlaşdı.

Dolların ucuzlaşması qızıla “güvənli liman” maliyyəaləti kimi, tələbin artması ilə nəticələndi. Qiymətli metalındəyəri 3366$-a qədər yüksəldi.

Xatırladaq ki, ötən həftənin çərşənbə günü beynəlxalqreytinq agentliyi “Moody's Ratings” ABŞ-ın uzunmüddətli kreditreytinqini "Aaa" səviyyəsindən "Aa1"-ə endirib. Bu qərar, dövlətborcunun və büdcə kəsirinin artması ilə bağlı narahatlıqlar fonundaverilib.

Beləliklə, “Moody's”, reytinq agentliklərinin "böyüküçlüyü" arasında ABŞ-ı ən yüksək reytinqdən məhrum edən sonuncuagentlik oldu. Daha əvvəl bu addımı “S&P Global Ratings” və“Fitch Ratings” atmışdılar.

Bununla yanaşı Amerika prezidenti Donald Trampın vergigüzəştləri ilə bağlı qərarının ABŞ-da büdcə kəsrini daha daartıracağına dair narahatlıqlar dollar üzərində təzyiqləri birqədər də gücləndirdi.

Hətta, ABŞ-da proqnozların üzərində açıqlanan BiznesAktivliyi İndeksi göstəriciləri də dollara dəstək ola bilmədi.

Həftə ərzində xəbər təqvimində yer alan ən əsas məqamFederal Ehtiyyatlar Sisteminin, Avropa Mərkəzi Bankının, İngiltərəBankının sədrlərinin çıxışlarıdır. Baş Bankirlərin monetarsiyasətlə bağlı səsləndirəcəkləri fikirlər, bu həftə bazarlarınəsas katalizatoru ola bilər.

Bu həftə Almaniyada açıqlanacaq İstehlak Qiymətləriİndeksi (CPİ), Amerikada dərc olunacaq ÜDM, Şəxsi Xərclər İndeksi,Şəxsi Xərclər Qiymət İndeksi (PCE, PCE Price Index) hesabatları,Federal Ehtiyyatlar Sistemi Federal Açıq Bazar Komitəsinin sontoplantısının yayımlanacaq protokolları investorların diqqətmərkəzində yer alacaq əsas xəbərlərdir.

Cari həftə ərzində həmçinin, Yeni Zelandiya FederalEhtiyyatlar Sisteminin faiz qərarı, Kanadada və Türkiyədə dərcolunacaq ÜDM hesabatları, Yaponiyada açıqlanacaq İstehlakQiymətləri İndeksi kimi önəmli iqtisadi göstəricilər dünyabirjalarında qiymət tendensiyalarına ciddi təsir edə bilər.

EUR

Ötən həftəni 1.13640 həddində tamamlayan EURUSDməzənnəsi yeni həftəyə də artımla başlayıb.

Hazırda 1.14100 hədlərində ticarət olunan məzənnədə“buğalar” qiyməti 1.15000 həddinin üzərinə yüksəldə və buradasaxlaya bilsələr, artım tendensiyası davam edə bilər. Mümkün enişssenarisində isə əsas dəstək həddi kimi, 1.13000 səviyyəsi çıxışedir.

Qeyd etmək lazımdır ki, cari həftə Almaniyada dərcolunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri və AvropaMərkəzi Bankının sədri Kristin Laqardın açıqlamaları avronunvalyuta birjalarında qiymətlərinə yön verə bilər.

GBP

Ötən həftəni 1.35370 səviyyəsində tamamlayan GBPUSDvalyuta cütlüyü də yeni həftənin əvvəlində bahalaşmaqda davam edir.Hazırda 1.35800 səviyyəsində ticarət olunan məzənnədə “buğalar”qiyməti 1.35000 həddinin üzərində qoruyub saxlaya bilsələ, artımtendensiyası davamlılıq qazana bilər.

Bu həftə cümə axşamı günü İngiltərə Bankının sədriEndryu Beylinin çıxışı funt-sterlinqin dünya bazarlarındakıqiymətlərində ciddi dalğalanmalara səbəb ola bilər.

XAUUSD

Qızıl ötən həftə 3205$-a kimi ucuzlaşsa da, buradandəstək alaraq yenidən 3367$ həddinə kimi bahalaşdı və həftəni3358$-da başa vurdu. Hazırda 3346$-dan təklif olunan “sarı metal”ınqiyməti 3300$ həddinin üzərində möhkəmlənərsə, artım trendi davamedə bilər. Mümkün eniş ssenarisində isə qarşıda duran əsaspsixoloji hədlər kimi 3200$ və 3060$ hədləri çıxış edir.

Seçilən
0
6
az.trend.az

7Mənbələr