AZ

Dünya bazarında neft bahalaşıb

Müəllif:Mehin Qasımova,Banco.az

Bazar ertəsi səhər Aİ-dən ABŞ-a idxal olunan mallara 50% rüsumun tətbiqinin təxirə salınması ilə bağlı xəbərlərə görə, neftin qiymətləri mülayim şəkildə artır.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti  0,28 dollar (0,43%) artaraq 65,06 dollar/barelə çatıb. Ötən cümə günü bu kontraktlar 0,34 dollar (0,54%) artaraq 64,78 dollar/barel olub.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyul ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,26 dollar (0,42%) bahalaşaraq bir barel üçün 61,79 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,33 dollar (0,54%) artaraq bir barel üçün 61,53 dollar təşkil edib.

Seçilən
0
12
banco.az

10Mənbələr