AZ

Moskvadan Cənubi Qafqaz AÇIQLAMASI

Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskvaya gözlənilən səfəri ilə bağlı mediaya açıqlama yayıb.

Publika.az xəbər verir ki, Rusiya XİN-in məlumatına görə, tərəflər ikitərəfli və beynəlxalq əməkdaşlığa dair geniş dairədə məsələləri müzakirə edəcəklər. Xüsusilə, Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi məsələsinin, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması və regionun postmünaqişə bərpasının ətraflı şəkildə nəzərdən keçirilməsi planlaşdırılır.

Rusiya və Türkiyə Cənubi Qafqazın sülh və sabitlik içində olmasında maraqlıdırlar. Tərəflərin fikrincə, buna “3+3” Regional Əməkdaşlıq Platforması çərçivəsində birgə səylərlə nail olmaq mümkündür.

Moskva Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayır.

Rusiya XİN qeyd edib ki, illərin sınağından çıxmış balanslı və dinamik Rusiya-Türkiyə siyasi dialoqu prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın mütəmadi təmasları sayəsində formalaşıb. Regional və beynəlxalq məsələlər üzrə sıx təmasların gücləndirilməsi məqsədilə nazirliklərarası məsləhətləşmələr aparılır və bu format effektiv və etibarlı əməkdaşlıq modeli kimi özünü doğruldub.

Seçilən
0
3
publika.az

10Mənbələr