AZ

Traktor köməyə getmişdi, özü aşdı - Ölən və yaralı var+Yenilənib

Yevlaxda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, traktor palçıq ərazidə batan “QAZ-24” markalı minik maşınını çəkərkən aşıb.

Hadisə nəticəsində ölən və yaralanan var. Onların kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə zamanı traktorun sürücüsü Mustafayev Firdovsi İlqar oğlu ölüb, “QAZ-24” markalı avtomobilin sürücüsü Bəkirov Nicat Səfər oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyi bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

Qeyd olunub ki, “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “T-140” markalı traktorun QAZ- 24 markalı minik avtomobilini yedəyə alıb sərt yamacı qalxan zaman hər iki nəqliyyat vasitəsinin aşdığı və vətəndaşların köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən aşmış traktorun altında qalmış sürücü -1993-cü il təvəllüdlü Mustafayev Firdovsi İlqar oğlunun meyiti və traktorda olan müxtəlif dərəcəli bədən xəsarətləri almış sərnişin-1988-ci il təvəllüdlü Bəkirov Nicat Səfər oğlu aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Ziya Əmirxanlı



Seçilən
0
50
qafqazinfo.az

10Mənbələr